Qəbələ Hava Limanın Azərbaycanın inkişafında uğurlu yolu - VİDEO

Qəbələ Hava Limanın Azərbaycanın inkişafında uğurlu yolu - VİDEO









Qəbələ Beynəlxalq Aeroportu - Azərbaycanın Qəbələ rayonunda beynəlxalq standartlara cavab verən aeroport. 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılmışdır.

Qəbələ Hava Limanın qurulmasına 2011-ci ildə başlanmış və açılışı da həmin ildə olmuşdur. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. Hava limanının ilk beynəlxalq aviareysi 2012-ci ilin noyabr ayından etibarən yerinə yetirilməyə başlanmışdır. İlk beynəlxalq aviareys Rusiyanın Uralskiye Avialinii şirkəti Moskva-Qəbələ marşrutu üzrə yerinə yetirilib.

Beynəlxalq standartlara cavab verən Qəbələ Hava Limanı aviaşirkətin əsas hava limanıdır.

Son illər ərzində Qəbələ beynəlxalq mərkəzə çevrilmişdir. Burada ənənəvi keçirilən musiqi festivalları artıq dünyada çox məşhur olubdur və festivallarda iştirak edənlərin sayı ildən-ilə artır, dünyanın aparıcı sənət adamları bu festivalda iştirak edirlər. Əvvəlki dövrdə Diaqnostika Mərkəzi tikilibdir və burada tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar vardır. Yeni emal müəssisələri fəaliyyət göstərir. Onlar nəinki Azərbaycanda, bütün bölgədə ən qabaqcıl və ən böyük müəssisələrdir. Yeni iş yerləri, yeni sənaye sahələri açılır, evlər, mehmanxanalar tikilir. Burada tikilən mehmanxanalar dünya miqyaslı və dünya standartlarına cavab verən mehmanxanalardır. Bütün bunlar son illərin reallıqlarıdır. Bütün bunları biz əldə etmişik, bütün bu uğurlara çatmışıq və artıq Qəbələ rayonu, Qəbələ şəhəri xəritədə öz tarixi yerini bərpa edib. Qəbələ qədim yaşayış yurdudur, qədim şəhərdir. Qədim xəritələrdə Qəbələnin adını görmək mümkündür. Bu gün Qəbələnin tarixi şöhrəti özünə qaytarılıbdır. Bundan sonrakı dövrdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq, bütün infrastruktur layihələri yaxın iki il ərzində tam şəkildə icra ediləcəkdir və bu rayon potensialını maksimum dərəcədə işə salacaqdır.

Qəbələ Beynəlxalq Aeroportunun açılması da Azərbaycanda son illər ərzində görülən işlərin məntiqi nəticəsidir. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edirik. Bu 25 il ərzində ölkəmiz böyük uğurlu və şərəfli yol keçmişdir. Bu illər ərzində Azərbaycan böyük dərəcədə inkişaf etmişdir, güclənmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı böyük dərəcədə irəliyə aparmışdır. Ölkədə həm iqtisadi, həm sosial məsələlər uğurla həll olunur. Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, təsir imkanları genişlənir. Biz dünya birliyində böyük hörmətə malik olan, layiq olan ölkəyik. Ölkəmizdə hər bir sahə inkişaf etdiyi kimi, Azərbaycanda nəqliyyat sektoruna da böyük diqqət göstərilir. Bu sektorda inkişaf göz qabağındadır. Son illər ərzində ölkəmizdə bir neçə beynəlxalq aeroport tikilmişdir - Naxçıvanda, Gəncədə, Lənkəranda, Zaqatalada. Nəhayət, Qəbələdə beynəlxalq aeroport fəaliyyətdadır. Bu aeroport istənilən hava gəmilərini qəbul etməyə qadirdir. Ən ağır yük təyyarələri də bura gələ bilər. Uçuş-enmə zolağı kifayət qədər böyükdür və istənilən təyyarənin ağırlığına davam gətirə bilər. Aeroport bütün beynəlxalq standartlara cavab verir. Beləliklə, əminəm ki, bu aeroportun gələcəyi də çox uğurlu olacaqdır. Ümid edirəm ki, gələcəkdə bu aeroportda beynəlxalq uçuşlar da təşkil ediləcəkdir.

Bu, müstəqillik dövründə əldə edilmiş uğurlardan biridir. Bu uğurların sayı o qədərdir ki, onları saymaq, hesablamaq mümkün deyildir. Ancaq bu aeroport, bu gözəl bina, bu gözəl memarlıq əsəri Azərbaycan xalqına, Azərbaycan dövlətinə bundan sonra əbədi xidmət edəcəkdir. Bu, strateji obyektdir. Bunun strateji məqsədi və mənası vardır. Əminəm ki, bu aeroportun fəaliyyətə başlamasından sonra Qəbələyə turist axını daha da güclü olacaqdır.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər