lyas Əliyev: Azərbaycan həmkarlar ittifaqları hərəkatının böyük tarixi vardır

lyas  Əliyev: Azərbaycan həmkarlar ittifaqları hərəkatının böyük tarixi vardır








İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. lyas Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, lyas Əliyevdir.

lyas Əliyev və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən lyas Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. lyas Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmət görə" ordeni ilə təltif edilib.

"Xidmət -İş" Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak Kooperasiyası, Sanatoriya-kurort və Turizm sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqlarının bazalarında yaradılıb və onların hüquqi varisidir, konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Federasiya Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri, pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları işçilərini, tələblərini, sahə Həmkarlar İttifaqlarının könüllülük əsasında müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır.
05 dekabr 2005-ci ildə II qurultay keçirilib. Qurultayda Federasiyanın Nizamnaməsində dəyişikliklər və əlavələr qəbul edilib, Federasiyanın əsas fəaliyyət istiqamətləri müəyyən edilib. AHİK sədrinin birinci müavini, "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri İlyas Alxas oğlu Əliyevdir.

Həmkarlar ittifaqları ilk dəfə olaraq XVIII əsrin 2-ci yarısında Böyük Britaniyada öz peşə maraqlarını müdafiə etmək və sosial statusunu qorumaq üçün birləşmiş yüksək ixtisaslı fəhlələrin lokal assosiasiyası kimi meydana gəlmişdir. XIX əsrin sonunda istehsalat sahələri həmkarlar ittifaqları, milli həmkarlar ittifaqları mərkəzləri meydana gəlmişdir. Bunlardan ən qədimi 1868-ci ildə formalaşmış Britaniya tred-yunionçularının konqresidir. Həmkarlar İttifaqların sosial bazası getdikcə genişlənməyə başlayır. Rusiyada ilk dəfə 1905-ci ildə yaranmış həmkarlar təşkilatlarının ardınca həmkarlar ittifaqları Azərbaycanda da meydana gəlir.

26 sentyabr 1948-ci il tarixdə dövlət ticarət işçiləri və ictimai iaşə işçilərinin Həmkarlar İttifaqı Mərkəzi Komitələrinin birgə plenumunda birləşmə və dövlət ticarət və iaşə fəhlələri Azərbaycan Respublika Komitəsi adlanması barədə qəbul olunmuş qərar 25 oktyabr 1948-ci il Həmkarlar İttifaqları Şurasının Rəyasət Heyətinin iclasında təsdiqləndi. 1957- ci ildə dövlət ticarət və ictimai iaşə işçiləri Azərbaycan Respublika Komitəsi struktur dəyişikliklərdən sonra yenidən Azərbaycan Respublika dövlət ticarət və istehlak kooperasiya işçilərinin Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Respublika ictimai iaşə işçilərinin Həmkarlar İttifaqı Komitəsi yarandı və 1990-ci ilə kimi bu həmkarlar ittifaqları ayrılıqda fəaliyyət göstərirdilər. 1990-ci ildə həmin Azərbaycan Respublika Komitələri birləşərək AR Dövlət ticarət, ictimai iaşə və istehlak kooperasiya işçilərinin həmkarlar ittifaqı Komitəsi adı altında 1995-ci ilə kimi, sonralar Ticarət, İctimai İaşə, Kooperasiya , Sağlamlıq ocaqları, Turizm, İdman, Otelçilik İşçiləri Həmkarlar İttifaqı Komitəsi kimi fəaliyyətini davam etdiriblər. 29 sentyabr 2000-ci il tarixdə Ticarət, İctimai İaşə, Kooperasiya Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq, Quşçuluq, Taxılçılıq İşçiləri Həmkarlar İttifaqları təsis konfransı keçirərək, Azərbaycan Respublika Ticarət, ictimai iaşə, Kooperasiya Sağlamlıq ocaqları,Turizm, İdman, Otelçilik, Balıqçılıq, Quşçuluq, Taxılçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyası yarandı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər