Həmid Həsənov: "Azfen" fəaliyyət göstərdiyi 25 il ərzində öz məqsədinə çatıb"

Həmid Həsənov: "Azfen" fəaliyyət göstərdiyi 25 il ərzində öz məqsədinə çatıb"


AZFEN prezidenti Həmid Həsənov - 1988-2020. Düz 30 il. Ağrılı-acılı, qanlı-qadalı illər. Müharibənin soyuq üzü. Qaçqınlıq, didərginlik, anaların saçlarında xınalanan şəhid qanı. Daha nələr, nələr... Torpağımıza göz dikən mənfur ermənilər. Bir millətin başına zaman-zaman gətirilən müsibətlər.

Və nəhayət bir gün. 27 sentyabr 2020-ci il. Həmin gün Azərbaycan xalqının tarixində və taleyində dönüş günü oldu. İllərlə üst-üstə gələn erməni təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu bütün cəbhə boyu döyüş əməliyyatlarına başladı. Mənim şanlı ordum Azərbaycan tarixini yenidən yazdı. 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən vətən müharibəsi mənim xalqımın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının birliyi prezident İlham Əliyevin sarsılmaz qətiyyəti, qeyrətli vətən oğullarının dəmir yumruğu bizə şanlı Zəfər gününü bəxş etdi. Xalq-Ordu birliyi sayəsində haqq-ədalət bərqərar oldu. Respublikamızın ərazi bütövlüyü bərpa edildi. Ali Baş Komandan İlham Əliyevin prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, apardığı daxili və xarici uğurlu siyasət qazandığımız qələbənin baş tutmasında ən önəmli amil oldu.

Təbii ki, qansız-qadasız müharibə olmur. Şəhidi olmayan bir xalq müstəmləkədir, müstəqil dövlət deyil. Və torpaq ona görə doğmadır ki, onun hər qarışında şəhid qanı var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, şəhid analarına sonsuz səbir, şanlı Azərbaycan ordusuna böyük qələbələr diləyilə...

25 il öncə Azərbaycanda neft-qaz sənayesinin aparıcı layihələrini gerçəkləşdirərək bu sahənin inkişafına töhfə vermək məqsədilə bir müəssisə yaradıldı.

Mərkəzi ofisində 15-20, ümumi isə cəmi 300 nəfərlik işçi qrupu ilə fəaliyyətə başlayan müəssisə bu illər ərzində böyük təcrübə qazandı. Müxtəlif layihələr üzrə çalışan təqribən 10 min nəfərin işlədiyi böyük bir müəssisəyə çevrildi. "Azfen" BM işə sədaqət, qayda-qanuna ciddi riayət, güvənlik, mükəmməllik, tərəqqi, ən önəmlisi isə insan təhlükəsizliyinə və rifahına verilən dəyər prinsipləri üzərində fəaliyyətə başladı. "Azfen" BM-nin uğuru təkcə öhdəsinə götürdüyü layihələri zamanında və yüksək səviyyədə yerinə yetirməsi ilə tamamlanmadı.

"Azfen" BM eyni zamanda əldə etdiyi təhlükəsiz iş saatlarının sayının uğuru ilə də dünya şirkətləri arasında nümunə göstərilən aparıçı müəssisələrdən oldu. Bu günə kimi müxtəlif layihələrdə otuz milyon, iyirmi beş milyon və on beş milyon təhlükəsiz iş saatlarının sayı ilə uğurlara imza atan ən güvənli bir müəssisə kimi tanındı. 24 ildə qazandığı təcrübəsinə söykənib yeni güvənli uğurlar imzalayaraq fəaliyyətini bu gün də davam etdirir.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, AZFEN prezidenti Həmid Həsənovdur.

AZFEN prezidenti Həmid Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Həmid Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Həmid Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Həmid Həsənovdan danışdılar yaxşı ki, Həmid Həsənov AZFEN prezidentidir…Həmid Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Həmid Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Həmid Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Həmid Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Həmid Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Həmid Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Həmid Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun AZFEN prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Həmid Həsənov özünü doğruldub. Bizdə hörmətli Həmid Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər