Hindistanda yanğın: Ölənlərin sayı 100-ü keçib - YENİLƏNİB

Hindistanda yanğın: Ölənlərin sayı 100-ü keçib - YENİLƏNİB















Partlayışın gücündən yaxınlıqdakı binalar dağılıb

Hindistanın cənub-qərbində məbəddə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 100-ü keçib.

Son məlumatlara əsasən 102 nəfər yanğının qurbanı olub, daha 350 nəfər isə yaralanıb.

Qeyd olunur ki, bir neçə yaralı xəstəxanaya yolda dünyasını dəyişib.

Hadisə şahidləri bildiriblər ki, partlayışın gücündən yaxınlıqdakı binalar dağılıb.

10:14

Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 80 nəfər ölüb, daha 250 nəfər isə yaralanıb.

Bu barədə məlumatı “India Today” nəşri yayıb.

Məlumata əsasən, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.

İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər