Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO

Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO


Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.

Bu barədə Baş nazirin köməkçisi Feysəl Sultan özünün “Twitter” səhifəsində məlumat verib.

O, qeyd edib ki, İmran Xanın COVID-19 testinin cavabı pozitiv çıxıb və Baş nazir özünü təcrid edib.

Xatırladaq ki, martın 18-də Pakistanın hökumət başçısı Çinin “Sinopharm” şirkətinin istehsalı olan koronavirusa qarşı vaksinlə peyvənd olunub.

Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, peyvənd dərhal təsir etmir. Onun orqanizmdə virusa qarşı immunitet yaratması üçün bir neçə həftə lazımdır.

Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər