Ermənilər ölən əsgərlərinin cəsədlərini tapırlar

Ermənilər ölən əsgərlərinin cəsədlərini tapırlar













Qoşunların təmas xəttində 5 saatlıq hərbi əməliyyatlar dayandırılıb

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində axtarış zamanı erməni tərəfi iki hərbçisini - kiçik çavuş Robert Aleksandroviç Abadjyanının (1996-cı il təvəllüdlü) və sıravi əsgər Andranik Atomoviç Zoqrabyanın (1996-cı il təvəllüdlü) cəsədlərini tapıblar.

Bu barədə erməni KİV xəbər verir.

Xatırladaq ki, sazişə əsasən qoşunların təmas xəttində cəsədlərin axtarılması üçün 5 saat müddətində bütün növ hərbi əməliyyatların dayandırılması nəzərdə tutulub. Atəş saat 15.00-dan 20.00-a qədər dayandırılıb, işi Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in Minsk qrupu koordinasiya edirdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər