Pəhlivan Qarayev: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır

Pəhlivan Qarayev: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır


Sabirabad Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev - Bir neçə vaxt əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizə yeni Təhsil naziri təyin edildi. Dövlət rəhbərimiz tərəfindən xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almış bacarıqlı, yenilikçi, peşəkar bir gəncə bu yüksək vəzifəyə etimad göstərilməsi gənc nəslin gücü ilə cəmiyyətdə səmərəli dəyişikliklər yaratmaq məqsədinin daha bir təzahürü kimi rəğbətlə qarşılandı. Bununla Prezident milli təhsil tariximizdə xüsusi bir mərhələnin başlanması arzusunu ifadə etdi. Əminik ki, Azərbaycanda təhsillə hansı şəkildə isə bağlılığı olan mütləq əksəriyyət bu mərhələnin mühüm keyfiyyət dəyişikliklərini gündəlik həyatında duyub, məqsədyönlü fəaliyyət göstərəcək.

Cənab İlham Əliyev, demək olar ki, bütün çıxışlarında mükəmməl təhsilə, müasir dövrün bilik və bacarıqlarına yiyələnməyin vacibliyini önə çəkir. Cəmiyyətimizə, xüsusilə gənclərimizə bununla bağlı zəruri tövsiyələrini verir. Ölkə Prezidentinin Təhsil naziri Emin Əmrullayevin qəbulu zamanı söylədiyi fikirlərin özəlliyi, mənası və mahiyyəti, proqram xarakterli tövsiyələri təhsildə müəyyənləşdirilmiş strateji hədəflərə mükəmməl diqqətin yönəldilməsi ilə bağlı idi.

Zənnimizcə, Azərbaycan təhsilinin, ümumilikdə cəmiyyətimizin bugünkü və gələcək nailiyyətlərinin mühüm bir amili məhz cənab İlham Əliyevin həmin qəbulda irəli sürdüyü vəzifələrin layiqincə yerinə yetirilməsindən asılı olacaq.

Prezident İlham Əliyev bu barədə deyir: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir”.

Dövlət rəhbərimizin təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır. Çünki təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. "Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır”.

Xalqın, dövlətin sabahı belə bir bünövrə üzərində bərqərar olur.

Təhsilə, elmə marağı ilə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayevdir.

Sabirabad Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Pəhlivan Qarayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Pəhlivan Qarayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Pəhlivan Qarayev: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır


Sorğu apardıq ağız dolusu Pəhlivan Qarayevdən danışdılar yaxşı ki, Pəhlivan Qarayev Sabirabad Təhsil şöbəsinin müdiridir… Pəhlivan Qarayev öz isguzarlığı ilə tanınır və seçilir….

Pəhlivan Qarayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Pəhlivan Qarayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Pəhlivan Qarayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Pəhlivan Qarayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Pəhlivan Qarayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Pəhlivan Qarayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Pəhlivan Qarayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Pəhlivan Qarayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabirabad Təhsil şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Pəhlivan Qarayev özünü doğruldub. Bizdə hörmətli Pəhlivan Qarayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər