44 günlük Vətən müharibəsi Zəfərinin fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq

44 günlük Vətən müharibəsi Zəfərinin fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq


“Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamız böyük ənənələrə malikdir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Gələn il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi olacaq və partiya öz yubileyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur. Artıq bir neçə ildir ki, ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirilməkdədir. Yeniliklərin tətbiqi siyasi partiyaların fəaliyyətində istər-istəməz özünü büruzə verir. Dövlətimizin başçısı son 17 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb. Yeni Azərbaycan Partiyasının Vl qurultayından ötən dövr ərzində də Azərbaycan və regionun həyatında mühüm dəyişikliklər baş verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb.
Qurultayda yaşanan digər əlamətdar hadisə bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması oldu. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində
atılan növbəti addımdır. Eyni zamanda, bu, onu göstərir ki, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
Prezident İlham Əliyev İdarə Heyətinə Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsi tapşırığını verdi. Yeni qəbul ediləcək proqram Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini və siyasi hədəflərini müəyyənləşdirəcək bir sənəd olacaq.
“Azərbaycan dövləti davamlı olaraq şəhid ailələrinə və qazilərə hərtərəfli yardımlar göstərir. Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində bu kateqoriyadan olan insanlara qayğı və diqqət göstərməyi əsas tutur. Təbii ki, zaman dayanmır və nəsillər bir-birini əvəzləyir. Bundan sonra da ölkəmizdə yetişən gənc nəsillərin yüksək vətənpərvərlik ruhunda tərbiyə edilməsi ümummilli məsələlərdəndir. Yeni Azərbaycan Partiyasının VII qurultayında yaradılan Veteranlar Şurası da bu işdə daha fəal olacaq, gənc nəslin nümayəndələri ilə görüşərək onlara ölkə haqqında həqiqətlərin çatdırılmasına öz töhfəsini verəcəkdir.
Müstəqil Azərbaycanın dünəni, bu günü Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Ölkəmizin xoş, firavan gələcəyinin də Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olcağına heç bir şübhəm yoxdur. Necə ki bir zaman Azərbaycan xalqının xilaskarı, ümumilli lider H.Əliyev demişdir: “Yeni Azərbaycan partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”!

Rəşad Tağızadə
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər