Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ + FOTO

Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ + FOTO


“Dünən axşam saatlarından müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, bir sıra istiqamətlərdə, xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb:

“Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhlükəsizlik məqsədilə və meterioliji amillər nəzərə alınmaqla sərnişin avtobusları minimal sürətlə hərəkət edir.

Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir.

Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ + FOTO
Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ + FOTO
Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ + FOTO
Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ + FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər