"Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti Hafiz Məmmədovun uğurlu həyat yolu

"Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti  Hafiz Məmmədovun uğurlu həyat yolu











2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı Institutunu mühasib ixtisası ilə bitirmişdir. 2004-cü ilin noyabr ayından etibarən Bakı futbol klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Baghlan Group FZCO-nun prezidentidir.

Hafiz Məmmədov uzun müddət Ziya Məmmədovla biznes ortağı olub . Lakin iş adamının iflasa uğraması, nəqliyyat nazirinin ona yardım etməməsini göründüyü kimi, “Hafka” “arxadan zərbə” edib. Buna baxmayaraq Hafiz müəllim tez bir zamanda yenidən əvvəlki gücünü bərpa etdi. Bunu onun prezidenti olduğu “Bakı” klubunun maliyyə vəziyyətinin düzəlməsi də təsdiq edir.

Ona görə də Hafiz müəllimlə bağlı bütün mənfi fikirlər əssazsızdır


"Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti Hafiz Məmmədov prezident İlham Əliyev haqında məqaləsi

Seçkilərin nəticələri bir daha göstərir ki, qədirbilən xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür və onu özünün yeganə nicat ünvanı sayır. Bu siyasətin xüsusən son 10 ildə ölkəmizə bəxş etdiyi yüksək nailiyyətlər xalqımızda böyük razılıq hissi, gələcəyə inam və əminlik hissi yaradır. Seçkilərdə İlham Əliyevin qələbəsinə səs verən hər kəs, əslində vicdanının səsinə qulaq asaraq keçilən möhtəşəm yolun uğurlarına qiymət verdi. Məhz bu mənada möhtərəm prezidentin seçkilərdə parlaq qələbə qazanacağı əvvəlcədən də heç bir şübhə doğurmurdu. Ən azı bu baxımdan ki, Azərbaycan insanı hər zaman bayağı, reallıqdan uzaq vədlərə deyil, konkret, əməli siyasətə, görülən işlərə qiymət verib. Hələ 2003-cü ildə prezident seçkiləri kampaniyasına qoşularkən "Əsil siyasət, konkret real iş görməkdən ibarətdir" - deyən İlham Əliyev ötən 10 ildə bu vədinə tam sadiq qalıb. 10 ildə xalq və dövlət mənafeyi baxımından reallaşdırılan böyük layihələr, görülən işlər, əldə olunan nəticələr, ilk növbədə İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidenti olacağam" vədinə sadiqliyini göstərir.

Azərbaycan elə bir inkişaf yolu keçib ki, ölkəmizin hazırkı uğurları gələcəyə də böyük ümidlər yaradıb. İndi Azərbaycanın yaxın illərdə inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanacağına kimsə şübhə etmir. Əslində, hər il əldə olunan uğurlar bizi böyük sürətlə qarşıya qoyulan bu hədəfə yaxınlaşdırır. Bəli, Azərbaycan Yaxın Şərqin neft və qazla zəngin bəzi dövlətlərindən fərqli olaraq nəinki iqtisadiyyatının şaxələndirilməsinə nail olub, eyni zamanda zəngin resursların gətirdiyi uğurları davamlı iqtisadi inkişaf, sabitlik və demokratikləşmə istiqamətinə yönəldə bilib.

Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə qazanılmış böyük nailiyyətlər hər bir azərbaycanlı kimi, ölkənin idman ictimaiyyətini də ürəkdən sevindirir, böyük qürur hissi yaradır. Möhtərəm Prezidentin seçkilərdəki layiqli qələbəsinə səs verənlər, ən əsası bu halal və layiqli qələbəyə ürəkdən sevinənlər sırasında idmançıların xüsusi yeri var. Səbəb hər kəsə gün kimi aydındır.

İdman müasir dövrdə siyasətin ayrılmaz tərkibi olub, ölkəni tanıtmağın, populyarlaşdırmağın ən mühüm vasitələrindəndir. Dərin mənəvi-etik məzmun yükünə malik olan, insanlara Vətənə məhəbbət, sədaqət, milli qürur hissləri aşılayan idman, eyni zamanda cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsini artıran mühüm ideoloji-təbliğati vasitədir. Azərbaycan dövlətinin üçrəngli bayrağını ucaldan, himnini səsləndirən hər bir idmançı da dövlətimizin, xalqımızın qürurudur. Prezident İlham Əliyev bu reallıqları hər kəsdən daha düzgün dəyərləndirən lider kimi bu gün Azərbaycan idmançılarına hərtərəfli dəstək verir, onların dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunmasına çalışır. Ölkəmizdə idmanın kütləviləşməsi, o cümlədən futbolun inkişafı üçün görülən işlər bir tərəfdən respublikamızın dünya miqyasında tanıdılmasına, böyük nüfuz və rəğbət qazanmasına, digər tərəfdən isə insanlarımızın fiziki sağlamlığına, mənəvi kamilliyinə xidmət edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər