Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur

Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur


Qaradağ rayon İcra Hakimiyyətinin başçısı daha bir qazi ilə görüşüb

Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur


Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Vətən Müharibəsinin qazisi Səmədov Elnur Eldar oğlu ilə görüşüb.
Qaradağ rayon Ələt qəsəbə sakini olan Elnur Səmədov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir.
31 yaşlı Elnur müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. 44 günlük Vətən Müharibəsində şərəfli döyüş yolu keçən Elnur döyüşlərin birində yaralanıb.
Qazinin ailəsinin sosial vəziyyəti öyrənilib. Dəstək məqsədilə ilk növbədə qazi üçün özünüməşğulluq proqramı çərçivəsində avtomobillərin yuyulması üçün boks yaradılması qərara alınıb. Eyni zamanda qazinin evində təmir işlərinə başlanılıb.


Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur


Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Müşviqabad qəsəbəsindən olan şəhid ailələri ilə rayon İcra Hakimiyyətində görüş keçirib.
Görüş iştirakçılarını salamlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən başçı onlara başsağlığı verib, səbr diləyib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinləyib. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirən şəhid yaxınları, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildiriblər. Səslənən müraciətlər arasında bir neçə şəhid yaxınının işlə təminatı, müalicəsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb.
Qaradağ rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhid ailələri ilə görüşləri davam etdiriləcək.
Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən yanvar ayında şəhid ailələri evlərində ziyarət edilib, onlara yardım göstərilib.

Qaradağ rayon sakinlərinin vaksinasiyası prosesi uğurla davam etdirilir

Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur


“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlamışdır.
Bu mərhələnin nizamlı təşkil olunması məqsədi ilə 65 yaşdan yuxarı vətəndaşlarımız 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanından qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmiş və özünün əvvəlcədən təyin etdiyi vaxtda qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, rayonumuzun ərazisində fəaliyyət göstərən tibb məntəqələrində də vaksinasiya prosesi uğurla həyata keçirilir.
Bununla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayonun ictimai fəalları ilə birlikdə vaksinasiya prosesini gündəlik olaraq yerində izləyirlər.
Xatırladaq ki, "randevu.its.gov.az" saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq etdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.
"Covid-19" peyvəndi üçün randevu götürülməsi təlimatı ilə tanış olmaq üçün bu linkdən istifadə etməyiniz tövsiyə olunur.

Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunurQaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur
Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları video qəbul formatında dinlədi

Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur


Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə növbəti dəfə video-qəbulu keçirilmişdir.
Video-qəbul formatında keçirilmiş qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak etmişlər.Video qəbulda ümumilikdə 10 nəfər rayon sakini fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilmişdir.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunurQaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunurQaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunurQaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunurQaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunurQaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə daim görüş keçirilir və onların problemləri yerindəcə həll olunur

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər