Açıq havada maskasız gəzmək olar? TƏBİB-dən RƏSMİ CAVAB

Açıq havada maskasız gəzmək olar? TƏBİB-dən RƏSMİ CAVAB


TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “REAL TV-yə müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikri ilə bağlı sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olmasına aydınlıq gətirib.
Ölkə.Az xəbər verir ki, N.Mustafayeva verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyini istədiyini bildirib.
Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilmişdir. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər