Fevralın 15-dən Dillər Universitetində dərslər niyə başlamayacaq? - RƏSMİ CAVAB

Fevralın 15-dən Dillər Universitetində dərslər niyə başlamayacaq? - RƏSMİ CAVAB


"Tədris onlayn şəkildə bərpa olunacaq. Bununla bağlı deyə bilərəm ki, biz Təhsil Nazirliyinin tövsiyyəsini almışıq və tövsiyyədə deyilir ki, xüsusi laborator şərait tələb edən fənlərdə və ya ixtisaslar, fiziki təmas tələb edən ixtisaslarda tədris ənənəvi şəkildə bərpa olunsun".
Baku.ws xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin təhsil şöbəsinin müdiri Şəfəq Şahməmmədova bildirib.

O əlavə edib ki, univeristetdə 20-yə yaxın dil tədris olunur: "Dil dərsləri isə praktik dərslərdir. Biz çox istədik ki, tədrisi ənənəvi şəkildə həyata keçirək. Lakin keçən semestrin əvvəlində, yəni sentyabr ayında da təhsilin hibrid formada tədrisi gündəmdə idi.

Biz tələbələr arasında sorğu keçirmişdik. Məlum oldu ki, tələbələrin 60 faizindən çoxu bölgələrdə yaşayır. Bu səbəbdən biz o tələbələrin hamısını ənənəvi tədris formasına dəvət edə bilmədik və buna məcburiyyət də yoxdur.

Eyni zamanda sosial durum da buna imkan vermədi. Tələbələrin bura gəlməsi, yaşayış yeri tapması, onların kirayədə qalması da var. Təəssüf hissi ilə qeyd edim ki, bəzi tələbələrin sui-istifadə halları da buna səbəb ola bilərdi. Biz müəyyən çətinlikləri nəzərə alaraq və məcburiyyət də olmadığına görə dərslərimizə onlayn şəkildə davam edəcəyik".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər