Dövlət Turizm Agentliyi “Şahdağ”la bağlı xəbərdarlıq edir

Dövlət Turizm Agentliyi “Şahdağ”la bağlı xəbərdarlıq edir


Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra ölkə vətəndaşlarının şəhərlərarası və regionlararası turistik səfərləri bərpa edilib.
Bu barədə "Ölkə.Az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

"Ölkədaxili səfərlərin bərpa edilməsi regionlarda fəaliyyət göstərən hotellərdə sıxlığın yaranmasına səbəb olub. Xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq insanların kompakt şəkildə bir məkanda cəmləşməsi onların sağlamlıqları üçün təhlükə yarada bilər.

Bununla əlaqədar təhlükəsizlik məqsədilə Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.

Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə (skipass) malik olan xizəkçilərin istifadə etməsi mümkündür", - məlumatda deyilir.

Dövlət Turizm Agentliyi bir daha istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər