Müharibədə travma almış qazilərimizə daha operativ xidmət göstəriləcək - RƏSMİ

Müharibədə travma almış qazilərimizə daha operativ xidmət göstəriləcək - RƏSMİ


Müharibə zamanı travma və ya xəsarət almış şəxslərə dərhal xidmət göstərilməsini təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə, Müdafiə, Səhiyyə nazirlikləri və TƏBİB nümayəndələri ilə birgə işçi qrup yaradılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov məlumat verib.

O bildirib ki, işçi qrupun yaradılmasının əsas məqsədi hərbi travma və xəsarət alan müharibə iştirakçısı olmuş vətəndaşlarımıza operativ yardımı təmin etməkdir:

“Bu işçi qrup çərçivəsində beş region və Bakı üzrə qruplar yaradılıb. Operativ qaydada ucqar kəndlərdən tutmuş bütün respublika üzrə hazırlanan siyahı çərçivəsində qazilərimiz ziyarət ediləcək.

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların yaşadıqları ünvanlarda və müalicə aldıqları tibb müəssisələrində ilkin müayinələr aparılıb. Müayinələr əsasında qazilərimiz üç kateqoriyaya bölünüb: ağır, orta və yüngül.

İşçi qrup tərəfindən müharibə zamanı xəsarət almış 3 minə yaxın hərbi qulluqçunun əyani müayinəsi həyata keçirilib. Hər biri üzrə müəyyən protokol tərtib edilib. 30 nəfərdən çox qazidə əlilliyin təyinatı aparılıb. Artıq biz onlar üçün protez istehsalına başlamışıq. Onlar agentliyimizin tabeliyində olan reabilitasiya müəssisələrinə yerləşdiriliblər”.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə artıq 2020-ci ilin son aylarında əlavə 23 növ reabilitasiya vasitələri xidmət göstərilən sahəyə əlavə edilib və ümumi reabilitasiya vasitələrinin sayı 57-ə çatıb.     Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər