Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq

Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq


Hər ilin sonu və növbəti ilin əvvəlində daşınmaz əmlak bazarında müəyyən passiv bir vəziyyət yaranır və bu il də oxşar vəziyyəti müşahidə edirik.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, hələ ki qismən aktiv olan sahə mənzil bazarıdır. O qeyd edib ki, proqnozlara əsasən, torpaq bazarının aktivləşməsi dövrü təqribən mart ayının əvvəllərinə təsadüf edəcək:

"Ancaq indiki halda hələ ki torpaq bazarında bir qeyri-dinamik vəziyyət var. Bununla belə məsələ burasındadır ki, bunun qiymətlərə hər hansı bir təsiri müşahidə olunmur. Mart ayında aktivlik olduğu halda qiymətlərə də təsir göstərə bilər, yəni torpaq qiymətlərində artım müşahidə oluna bilər".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər