Həmid Həsənov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Həmid Həsənov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!


Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Həmid Həsənovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Həmid Həsənov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənovdir.

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazanmaq şərəfinə nail olduq. Mənfur düşmənin otuz ildə hazırladığı mövqeləri qəhrəman Azərbaycan əsgərləri 44 gün ərzində darmadağın edərək bütün torpaqlarımızı işğaldan azad etdilər. Cənab Prezidentin xalqımıza qələbə xəbərlərini çatdırdığı günlər xalqımızın tarixində daim yaşayacaq. Azərbaycan tarixində belə Qələbə olmamışdı.Onun rəhbərliyi ilə ordumuz bütün dünyaya öz gücünü göstərdi. Azərbaycan qalib gəldi, möhtəşəm Qələbə əldə etdik. Düşmənə vurduğumuz zərbə heç vaxt onun yadından çıxmayacaq. Çətin ki, onlar bir daha ayağa qalxa... Biz təkcə qalib gəlmədik, eyni zamanda, müasir hərb tarixinə misilsiz döyüş peşəkarlığı həkk etdik.

Bu gün cənab Prezidentin Şəhid ailələrinə, qazilərə göstərdiyi böyük qayğının bir daha şahidi oluruq. Onun Sərəncamı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərilir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində Heydər Əliyev Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mühüm sosial tərəfdaşlıq çərçivəsində indiyədək bir çox sosialyönümlü layihələri uğurla icra etməkdədir.

Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir.

Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər