Yasamal Su-Kanal idarəsində görülən işlər növbəti illərdə də uğurlu olacağına zəmanət verir

Yasamal Su-Kanal idarəsində görülən işlər növbəti illərdə də uğurlu olacağına zəmanət verir











Biz Bakuxeber.info olaraq Yasamal Su-Kanal idarəsində olduq və ordakı işlərlə bağlı araşdırma apardıq

Yasamal Su-Kanal idarəsində işləyən bir neçə işçiylə ünsiyyətdə olduq. Onlar bu idarə də hər bir işin öz qaydasında olduğunu bildirdilər. İdarədə işçilərə çox yaxşı münasibət göstərirlər. Yasamal Su-Kanal idarəsinə müdir Elnur Əliyev gəldikdən sonra demək olar ki, idarədə işlər daha da yaxşılaşdı. Elnur müəllim Azərsu” ASC-nin Yasamal Su-Kanal İdarəsinə gələn gündən buradakı özbaşınalıqları görərək bir neçə işçini işdən azad edib. Biz müdir Elnur müəllimin yanına getdik. Elnur müəllim sağolsun bizi çox gözəl qarşıladı.

Bakuxeber.info olaraq Elnur müəllimə bir neçə sual ünvanladıq, Elnur müəllim dedi ki, bəli, Yasamal Su-Kanal idarəsi ciddi bir idarədir. Və bugündən də mən yenə də nəzarəti gücləndirəcəyəm ki, daha öz başınalıqlar olmasın. Əgər bu cür hallar davam edərsə, işdən çıxarılanların sayı artacaq.
Elnur müəllim sonra qeyd etdi ki, bildiyiniz kimi, son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir, bu proses geniş vüsət almışdır. Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var. Çünki bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü, kanalizasiya layihələri ümumiyyətlə yox idi. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələr uğurla davam etdirilir.
2015-ci il tarixə qovuşub. 2015-ci ildə bütövlükdə rayonumuz üçün növbəti uğurlu bir il olmuşdur. Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa çatdırmışdır. Bütün sahələrdə uğurlar əldə edilmiş, nailiyyətlər qazanılmışdır, əhalinin yaşayış səviyyəsi artmışdır. Ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Yasamalın bütün ərazisində quruculuq və abadlıq işləri aparılır, yollar çəkilir, məktəblər və səhiyyə ocaqları tikilir, həmçinin digər tədbirlər həyata keçirilir. Bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır.

Elnur müəllimlə söhbətimizi yekunlaşdırıb, üz tutduq rayon camaatına. Onlarda qeyd etdilər ki, bəli Yasamal Su-Kanal idarəsinə Elnur müəllim gəldikdən sonra, idarədə köklü dəyişikliklər oldu. Əvvəlkilərdən fərqli olaraq idarədə hər bir iş uğurla görülür.

Bəli biz Bakuxeber.info olaraq Yasamal Su-Kanal idarəsindəki işlərlə tanış olduq. İşçilərin və rayon camaatının da dedikləri kimi Elnur müəllim Yasamal Su-Kanal idarəsinə gəldiyi gündən doğrudanda idarədə bütün nöqsanları aradan qaldıraraq böyük işlər görüb. Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Elnur müəllimin üzünü və Yasamal Su-Kanal idarəsndəi gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər