Samir Nuriyev: "Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb"

Samir Nuriyev: "Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb"


"Cənab Prezident, Sizin Şuşa şəhərinə göndərdiyiniz böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olmuşdur və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılmışdır".
Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

"İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir", - o bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər