Şəhid ailələri və müharibə əlillərinin sosial ödənişləri artırılır? - RƏSMİ AÇIQLAMA

Şəhid ailələri və müharibə əlillərinin sosial ödənişləri artırılır? - RƏSMİ AÇIQLAMA


“Vətən Müharibəsindən sonra 1540 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 860-ı şəhid ailəsi üzvləridir”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq özünüməşğulluq proqramı icra edilir:

“Özünüməşğulluq proqramı aktiv məşğulluq tədbiri kimi ən ideal bir proqramdır. Ehtiyacı olan ailələrin məşğulluğunun təmin edilməsində, məhz özünüməşğulluq proqramının imkanlarından istifadə edirik”.

O qeyd edib ki, 2021-ci ildə nazirliyin hədəfləri çoxdur:

“Hazırda Milli Məclisdə bir neçə qanun layihəsi üzərində son tamamlanma işləri gedir. Burada əsas hədəf şəhid ailələrinin, müharibə əlillərinin sosial ödənişlərinin artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır”. (oxu.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər