Belarusda kütləvi peyvəndlənmə başladı

Belarusda kütləvi peyvəndlənmə başladı


Belarusda Rusiya istehsalı “Sputnik V” preparatı ilə əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki , bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) açıqlama yayıb.

Peyvəndin ilk partiyasının bu gün Belarusa gətirildiyi bildirilib.

“Belarus Səhiyyə Nazirliyi, Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Rusiya Birbaşa İnvestisiya Fondu Belarus əhalisinin “Sputnik V” preparatı ilə koronavirusa qarşı kütləvi peyvəndlənməyə başladığını elan etdi”,- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Belarus Rusiyadan sonra “Sputnik V”ni rəsmi olaraq qeydiyyata alan ilk dövlət olub.

Xatırladaq ki daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa inanmadığını və peyvənd olunmayacağını açıqlamışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər