Siyavuş Novruzov: “Qarabağ müharibə veteranlarının müavinətləri 150-180 manata qaldırılsın”

Siyavuş Novruzov: “Qarabağ müharibə veteranlarının  müavinətləri 150-180 manata qaldırılsın”


“Bu gün Birinci və ikinci Qarabağ müharibə veteranlarının müavinətləri 80 manatdır. Bu azdır və artırılmasına ehtiyac var”.
Bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi veteranlarına 50 manat həcmində müavinət verilirdi və Prezidentin sərəncamı ilə bu miqdar 80 manata qaldırıldı.

“Amma bu vəsait onlar üçün yetərli deyil. Çünki ötən müddətdə qiymətlərdə artım var və bu pulla onlar sosial və kommunal xərclərini ödəməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, bu miqdar 150-180 manata qaldırılarsa daha yaxşı olar. Bu vəsait onlalra communal problemlərini həll etməyə imkan verər”- millət vəkili bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər