Suriyada Rusiyanın “İskəndər-M”i görünüb – VİDEO

Suriyada Rusiyanın “İskəndər-M”i görünüb – VİDEO












Onun Suriyada yerləşdirilməsinə dair əvvəl heç bir rəsmi məlumat verilməyib

Əməliyyat-taktiki raket kompleksi “İskəndər-M” Suriyadakı Hmeyim aviabazasından “Zvezda”nın hazırladığı reportajda görünüb.

9P78-1 raket kompleksini Rusiya ordusunun Suriyadan çıxarılmasına həsr olunmuş süjetdə göstəriblər.

O, reportajın 5-ci dəqiqəsində aviabazadan An-124 “Ruslan” hərbi-nəqliyyat təyyarəsinin uçuşu zamanı nəzərə çarpır.

“İskəndər-M” 9K720 əməliyyat-taktiki raket kompleksi Maşınqayırma konstruktor Bürosu tərəfindən 1990-cı illərdə hazırlanıb və 2006-cı ildən istifadə edilir. Köhnəlmiş 9K79 “Toçka”komplekslərin əvəzləyicisi kimi (9К79-1 “Toçka-U”) istehsal edilir. Raketin məsafəsi 500 km-dir, ixrac versiyası üçün 280 km-dir.

9М723 aeroballistik raketlər (müxtəlif tipli hərbi təchizata, eləcə də sərbəst taxılan korelyasiya başlıqlarına malikdirlər) bütün uçuş boyu idarə edilir, bu isə onların traektoriyasını gizlədir və taktiki raket əleyhinə müdafiə vasitələri tərəfindən vurulmasını çətinləşdirir. Kompleks, həmçinin yüksəkdəqiqlikli 9М728 (R-500) qanadlarını da tətbiq edə bilər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər