İpoteka ilə ev almaq çətinləşir

İpoteka ilə ev almaq çətinləşir












Ölkədə yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir

Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb.

Modern.az Azərbaycan İpoteka Fondunun(AİF) elektron ipoteka portalına istinadən xəbər verir ki, bu addım “2016-cı il üçün yaşayış minimumu haqqında” qanunun təsdiq edilməsi ilə bağlıdır.

Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.

Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, “Bank Respublika” ASC və “Paşa Bank” 180, “Unibank” isə 200 manatadək artırıb.

Bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. “Muğanbank” ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər