Hava kəskin dəyişir - Qar yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir - Qar yağacaq - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Xəbərdarlıq

Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı , yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Dekabrın 20-də Azərbaycanı rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü

meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər