Bakıda bank müdirini belə öldürdülər - VİDEO

Bakıda bank müdirini belə öldürdülər - VİDEO












Qətl hadisəsinin görüntüləri yayılıb

Vəkil Cavid Rzazadə ötən il “Avropa” hotelində baş verən qətl hadisəsinin videogörüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik.

Qeyd edək ki, ötən il aprelin 21-də hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb.

A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S. Quliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221-ci (xuliqanlıq), M. Səfərov isə 221-ci maddə üzrə təqsirləndiriliblər.

Məhkəmənin hökmü ilə Sənan Quliyev ömürlük, Mövlüd Sədərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, öldürülən A. Məmmədov “Zaminbank”ın Nəsimi filialının müdiri vəzifəsində işləyib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər