Vətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTO

Vətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTO


“Turqut hər ay maaşından 200 manat kimsəsiz, xəstə və ehtiyacı olan şəxslər üçün ayırırdı. Biz bunu o şəhid olandan sonra bilmişik”.
"Ölkə.Az" xəbər verir ki, bunu Trend-ə açıqlamasında Vətən müharibəsində canından keçmiş şəhid Turqut Xəlilbəylinin atası Nadir Xəlilbəyli deyib.

Onun sözlərinə görə, oğlu hər zaman torpaqlarımızın işğaldan azad olunacağına inanırdı:

“Turqut çox qeyri-adi övlad olub. Uşaq vaxtından hər kəslə dil tapardı, böyükdən-kiçiyə kimi hamı onun dostu idi. Mehriban, gülərüz bir uşaq idi, hər kəsə özünü sevdirmişdi. Məktəb illərindən istedadlı uşaq olub, altıncı sinifdən Türkiyə liseyinə gedib, oranı bitirdikdən sonra isə Tibb Universitetinə - hərbi həkimliyə daxil olub.

Təhsil aldığı dövrdə yalnız həftə sonları evə gələrdi. Orada da yüksək nəticələri var idi. Universiteti bitirdikdən sonra isə Beyləqana təyinat verdilər. Elə orada da hərbçi kimi fəaliyyətə başladı və üç il işlədi”.

N.Xəlilbəylinin sözlərinə görə, Turqut arxa cəbhədə hospitalda işləməli idi, ancaq öz istəyi və xahişi ilə yoldaşları ilə ön cəbhədə olmaq istədi:

“Sonuncu dəfə onun yanına getmişdim. Görüşmüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Sağollaşanda qulağıma pıçıldadı ki, anama demə harada olduğumu, nigaran qalmasın. Mən də ona dedim ki, narahat olma, yaxın vaxtlarda yenə gələcəm, görüşəcəyik. O isə bildirdi ki, ata, darıxma növbəti səfərimizdə mən Kəlbəcərdən gələcəm. Ya buradan girib, oradan çıxmalıyam, ya da geri dönməyəcəm. Həmişə inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq”.

Turqut Xəlilbəylinin anası Almaz Hüseynova isə bildirib ki, Turqut hərbçi yoldaşları ön cəbhədə ola-ola, özü arxada ola bilməzdi:

“Mənim xəbərim yox idi ki, Turqut müharibədədir. Nə vaxt telefonla danışsam, deyirdi hər şey yaxşıdır. İstəmirdi ki, ona görə nigaran qalım. Ön cəbhədə olduğunu bildiyimdə mənə söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq onlara kömək olmalıdır. O, hospitalda əsgər-zabitlərə qulluq etməliydi, ancaq öz istəyi ilə döyüş bölgəsinə getdi. Hər gün telefonla danışırdıq, ancaq şəhid olan günü elə səhər danışdım, sonra xəbər ala bilmədim”.

Turqutun döyüş yoldaşları onun hərbçi yoldaşlarından birini xilas edən zaman şəhid olduğunu söyləyiblər:

“Bir gün hərbçi yoldaşları ilə Cəbrayılda mərmi yağışına düşüblər. Həmin an hamı özünü bir küncə sıxanda Turqut çətin bir şəraitdə yenə də yaralılara yardım edirmiş. Onlardan üçünü sürüyərək çökək bir yerə gətirib yığıb. Belə vəziyyət 3 dəfə olub, onlardan birində özü də yaralanıb, ancaq özünü digər yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın, özü isə şəhid olub. Həmin hərbçi hazırda sağdır və bir neçə gün öncə zəng edərək bildirmişdi ki, gəlib bizlə görüşüb halallıq alacaq. Mən əvəzində ona dedim ki, mənim oğlum Vətən uğrunda canından keçib, Vətən sənə halallıq versin”.

Xatırladaq ki, Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.

O, Dağlıq Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan ilk həkimdir.Vətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOVətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOVətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOVətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOVətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOVətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOVətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOVətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın” - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər