Azərbaycan Ordusuna Yardım Fondu yaradıldı

Azərbaycan Ordusuna Yardım Fondu yaradıldı


Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

1. Azərbaycan Ordusuna Yardım Fondu yaradılsın.

2. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər