Liviyada Türkiyəyə məxsus gəmi gitov götürüldü - Heyətdə azərbaycanlı da var

Liviyada Türkiyəyə məxsus gəmi gitov götürüldü - Heyətdə azərbaycanlı da var


Liviya Milli Ordusunun qüvvələri ölkənin sahillərində Yamayka bayrağı altında üzən türk gəmisini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun nümayəndəsi, general-mayor Əhməd əl-Mismari bildirib.

Əhməd əl-Mismari qeyd edib ki, "Mabrouka" adlı ticarət gəmisi Liviyanın qərbindəki Misrata şəhərinin limanına doğru üzürmüş, amma Derna yaxınlığında saxlanılıb.

“Onlar gəmiyə zəng etdilər, amma hər hansı cavab almadılar”, - deyə Mismari bildirib.

O, “El-Hades” televiziya kanalına açıqlamasında qeyd edib ki, Haftarın dəniz qüvvələrinin nümayəndələri qayıqla yaxınlaşaraq dəniz qaydalarını pozan gəmiyə miniblər. Gəmidəki yük ancaq dərman vasitələrindən ibarət olub və Misrata çatdırılmalı imiş.

General-mayorun sözlərinə görə, gəminin kapitanı qaydalara riayət etməyib və icazə olmadan qadağan olunmuş əraziyə daxil olub. “Gəmidə silah müəyyənləşdirilməyib”, - o əlavə edib.

Əhməd əl-Mismari qeyd edib ki, gəminin ekipajı 17 nəfərdən ibarətdir, onlardan doqquzu Türkiyə, yeddisi Hindistan və biri Azərbaycan vətəndaşıdır.

Məlumata görə, saxlanılanların vəziyyəti yaxşıdır. Qeyd edilir ki, buna görə gəmini yalnız cərimə gözləyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər