Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı

Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı


Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Fəxrəddin Quliyev və rayonun Sərkar kənd sakini Sevinc İsgəndərovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanı tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib.

Həmin şəxslər barəsində RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb,faktla bağlı araşdırmalar davam etdirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər