"Təəccüblə qarşılayırlar ki, sən burda nə edirsən?" - Cəbhədə olan TANINMIŞ AKTYOR

"Təəccüblə qarşılayırlar ki, sən burda nə edirsən?" - Cəbhədə olan TANINMIŞ AKTYOR


Hazırda cəbhə bölgəsində olan aktyor Emil Musayev Vətən müharibəsi barədə danışıb.
O, ilk günlərdə döyüş yoldaşlarının onun cəbhəyə yollanmasını təəccüblə qarşıladığını bildirib.

"Aktyoram və çox adamlar təəccüblə qarşılayır ki, sən burda nə edirsən? Vətəni qorumaq hər birimizin borcudur. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildik. Reper dostum Epi (Əkbər) də burda bizimlə birlikdə döyüşürdü. Əlbəttə, çətin idi. Həm yaş, həm fiziki görünüş eitbarilə çətin idi. Amma məqsəd böyük idi. Hər şeydən öncə vətəndir. Bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edrəm. Şəhidlərə rəhmət, qazilərimizə şəfa diləyirəm. Sağ qalanları da tərbik edirəm ki, sağ-salamat evlərinə qayıdırlar. Qarabağ Azərbaycandır!"

Qeyd edək ki, E.Musayev bir sıra yumoristik layihələrin aparıcı simalarındandır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər