Şəhid övladının tabutunu başında daşıyan ana - VİDEO

Şəhid övladının tabutunu başında daşıyan ana - VİDEO


AzTV sosial şəbəkədə fotosu yayılan övladının tabutunu çiynində daşıyan ana Səkinə Sahratova ilə çəkiliş edib.
Səkinə xanım sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində oğlu Cavid Sahratovu şəhid verib. Gizir rütbəsini daşıyan Cavid tankçı olub.

Yardımlı rayonunun Əsədabad kənd sakini S.Sahratova deyib ki, oğlu tankçı olub:

"Oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib. Cavid hərbçi olmaq istəyirdi. Tabutu həyətə gələndə dedim, başıma qoyun, onu son mənzilə başımda aparım. Onun kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Qələbə günü Cavid yuxuma gəldi".



Şəhid övladının tabutunu başında daşıyan ana - VİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər