“Qara buludların ardından günəş doğdu” - Türkiyə rəsmilərindən Şuşa paylaşımı

“Qara buludların ardından günəş doğdu” - Türkiyə rəsmilərindən Şuşa paylaşımı


Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın Ermənistan işğalından azad edilməsi açıqlamasından sonra Türkiyədən gələn təbrik mesajları davam edir.

İqtidar, müxalifət, bələdiyyə sədrləri, idman klubları, sənətçilər Azərbaycan xalqını zəfər münasibəti ilə təbrik edib.

Türkiyənin Ədalət naziri Əbdülhəmit Gül: “Şuşanın azadlığı müqəddəsləşib. Üç rəngli bayraqla xoşbəxt yaşa. Ana vətən, Azərbaycan!”

Prezident Administrasiyanın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun: “Bayraqlarımız səmalarda daim dalğalansın, birlik və bərabərliyimiz daim olsun”.

AKP-nin sözcüsü Ömer Çelik: “Azərbaycan Ordusu Dağlaq Qarabağda önəmli yerə sahib olan Şuşa şəhərini işğaldan xilas etdi. Qardaş Azərbaycanın zəfəri mübarək olsun. Şuşa zəfəri xeyirli olsun. Çox sevincliyik”.

İYİ partiyasının lideri Meral Akşener: “Qurtuluş sevdası ilə yanan Qarabağımızın qəlbi Şuşa Azərbaycanımıza qovuşdu. Qara buludların ardından günəş doğdu. Şükürlər olsun”.

İstanbul Bələdiyyə sədri Ekrem İmamoğlu: "Şuşa 28 il sonra ana vətəninə qovuşdu. Yaşa Azərbaycan!"

Ankara Bələdiyyə sədri Mənsur Yaşar 28 il əvvəl qış soyuğunda evlərini tərk etməyə məcbur olan azərbaycanlıların fotosunu paylaşaraq o günlərdə yaşanan kədəri yad edib, “Şuşa Azərbaycandır” şərhini yazıb.

Türkiyənin Dəyanət İşləri naziri Ali Erbaş: “28 il sonra Qarabağın qəlbi olan qədim Şuşada azanlar oxunacaq, beş dəfə azadlığının elanı olacaq. Allah Şuşanı qiyamətə qədər azan səslərindən məhrum etməsin. Bütün azərbaycanlı qardaşlarımız, mübarək olsun”.

Keçmiş Baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu: "Gözün Aydın Azərbaycan! Qəhrəman Azərbaycan Ordusu Ermənistan işğalına son verərək Şuşa şəhərini azad etdi. Qarabağ Azərbaycandır!"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər