Xanım aparıcı Vüsalın təhsil haqqını ödədi - FOTO

Xanım aparıcı Vüsalın təhsil haqqını ödədi - FOTO


Son günlər medianın və sosial şəbəkələrin ən çox müzakirə olunan ismi olan topçu Vüsal Şahkərəmovun təhsil haqqı müğənni-aparıcı Mehin Hümbətova tərəfindən ödəniləcək.
Bu barədə sosial şəbəkədə jurnalist Pərviz Hüseyn məlumat verib.
Qeyd edək ki, 19 yaşlı V.Şahkərəmovun atası mətbuata müsahibəsində bildirib ki, oğlu təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlayıb:

"Vüsal orta məktəbdə yaxşı oxuyub. Ali məktəbə imtahan verdi, qəbul oldu, ancaq ödənişliyə düşdüyü üçün oxuya bilmədi. İmkanım çatmadı onu oxutdurmağa. Keçən il yayda hərbi xidmətə yola düşdü. İnşallah qismət olsa, yanvarda qayıtmalıdır".

Xanım aparıcı Vüsalın təhsil haqqını ödədi - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər