Ermənistan Müdafiə Nazirliyi: “Xocavənd istiqamətində taktiki geri çəkilmişik”

Ermənistan Müdafiə Nazirliyi: “Xocavənd istiqamətində taktiki geri çəkilmişik”


Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.
Modern.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.

“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər