BMT TŞ Qarabağı yenidən müzakirə edə bilər

BMT TŞ Qarabağı yenidən müzakirə edə bilər


Münaqişə bölgəsində vəziyyətin pisləşəcəyi təqdirdə, BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinin müzakirəsinə qayıda bilər.
Azvisiom.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Vəziyyət pisləşərsə, Təhlükəsizlik Şurasının bu məsələyə qayıdıb, onu nəzərdən keçirəcəyini istisna etmirəm".

Rusiyalı diplomat əlavə edib: "Müəyyən bir mərhələdə məsələnin həllinə çox yaxın olduğumuza dair bir ümid var idi. Ancaq belə olmadı. Ümid edirəm ki, tərəflər razılaşdıqlarını yerinə yetirəcəklər - ilk növbədə atəşkəs rejimi və əsaslı siyasi prosesə başlamaq”.

Qeyd edək ki, 25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabr tarixlərində müzakirələr aparılıb.

Oktyabrın 19-da BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra Təhlükəsizlik Şurasının sədri adından bəyanat layihəsi hazırlanıb. Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmayıb. Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanıb.

BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının (QH) üzvü İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin, Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ-nin qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr edib. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nin sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.

Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb.

Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər