Nizami Həsənov: Qarabağa sülh həyatı qaytarılacaq

Nizami Həsənov: Qarabağa sülh həyatı qaytarılacaq


Nizami Həsənov - Bu günlərdə Azərbaycan xalqı olaraq tarixi günlər yaşayırıq. Düz 27 il bundan əvvəl yaşadığımız ağır günlər gözümüzün önündə canlanır. Texniki cəhətdən zəif ordumuz səriştəsiz rəhbərliyin fərasətsizliyi ucbatından səfalı, cənnət torpaqlarımıızı itirdik. Neçə-neçə igidlərimiz bu dünyadan gözüaçıq köçdülər. Xalq olaraq ağır günlər keçirdik. Azərbaycan dövləti cənnət Qarabağı itirdi. Azərbaycan torpaqlarının tən ortasında dilbər guşəmiz Qarabağda düşmən məskən saldı. Düz ürəyimizin başını dağladı düşmən. O gün bu gün düz 27 ildir hər an qanayan yara ilə yaşayır xalqımız. Acısına dözə bilmədiyimiz Qarabağın azad olunmasını həsrətlə gözləyirik. Neçə-neçə ağsaqqalımız son nəfəsində Ağdam, Füzuli, Cəbrayıl, Şuşa deyərək gözlərini bu dünyaya yumdular. Balaca körpədən cavan igidlərimizə kimi hamımız bir an belə dilimizdən, dualarımızdan Qarabağı əksiltmədik.
İndi elə hiss edirəm sanki Allahım da duamızı eşidib qəhrəman prezidentimizi bizə yetirib. Bəli, məhz qəhrəman prezidentimiz İlham Əliyev. Çünki bu günə kimi itirdiyimiz, əlimizdən alınan heç bir parça torpağımızı belə bizə qaytaran rəhbərimiz olmamışdır. Çox şükrlər olsun sizi bizə yetirən Allahıma. Bu gün İlham Əliyev rəşadətli ordumuzla demək olar ki, çiyin-çiyin düşmənlə mübarizə aparır. Onun mükəmməl siyasəti ilə, taktikası ilə ordumuz hər gün neçə kəndimizi, torpağımızı qarış-qarış geri qaytarır. Hər azad edilmiş vətən torpağında Azan səsi eşidilir. Hər gün Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. Bu gün azad edilmiş rayon mərkəzlərindən Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərindən olan görüntülər ürək dağlayır. Elə bil ki, o cənnət guşələri də bizsiz sanki həyata küsüb. Mənfur düşmən zorla bizdən aldığı o cənnəti qoruyub saxlaya bilməyib. Solğun, boynu bükük bir gülü, çiçəyi xatırladır o şəhərlər bizə. Amma torpaqlarımızın işğal olunma xəbərini alan Azərbaycan xalqı hər gün daha çox xoşbəxt olduğu kimi bir müddətdən sonra həmin torpaqlarımız da canlanacaq. Yenə cənnəti xatırladacaq. Çünki Azərbaycan hökümətinin işi haqq işidir. Tezliklə tam qələbə xəbərini alan kimi möhtərəm prezidentimiz necə ki çox qısa müddət ərzində işğaldan azad olunmuş Cocuqmərcanlı cənnətə döndərdisə, eləcə də Qarabağı əsl cənnət simasını özünə qaytaracaq. Azərbaycan höküməti, Azərbaycan xalqı orda elə bir gözəllik yaradacaq ki, dünyanı çıraqla gəzsəniz belə bu gözəlliyə tay tapa bilməyəcəksiniz.
Biz bir daha ölkə başçısına, Ali Baş Komandan İlham Əliyevə xalq olaraq dərin minnətdarlığımızı bildiririk. Sağ olsun ki, bu həsrəti bitirdi. Bizi cənnətimizə Qarabağımıza qovuşdurdu. Dünya durduqca ürəklərdə məskən salacaq şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları qarşısında baş əyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər