"Hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur" deyənlərə CAVAB

"Hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur" deyənlərə CAVAB


Ötən illər ərzində Azərbaycanın müdafiə potensialının artması Silahlı Qüvvələrimizin güclənməsi və modernləşməsi ilə nəticələnib. Ekspertlər həmişə bildirib ki, ötən müddətdə yeni hərbi texnikalar alınmaqla Azərbaycan Orduunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, döyüş qabiliyyəti yüksəldilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Şübhəsiz ki, bütün bunlar dövlət büdcəsində hərbi xərclərin ildən-ilə artırılması ilə sıx bağlı olub. Ancaq zaman-zaman "hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur", "havaya sovrulur" və s. kimi fikirlər səsləndirilib. Ancaq ekspertlər bildirirlər ki, hazırda Azərbaycan Ordusunun əldə etdiyi uğurlar, müasir hərbi texnikalar vasitəsilə düşmənin məhv edilməsi bütün bunların nə qədər qərəzli olduğunu sübut edir.
"Ölkə.Az" xəbər verir ki, məsələ ilə bağlı "Report"a açıqlama verən Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, günümüzdə Azərbaycan regionun ən qüdrətli ordusuna malikdir:

"Hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur" deyənlərə CAVAB


"Bizim hərbi vəziyyətimiz digər dövlətlərə nisbətdə yüksək texnologiyalara malikdir. İllər boyu “hərbiyə xərclənən milyardlar hanı? Nəyə lazımdır? Texnika almışdıq, hanı?” və digər isterik suallara bu gün verilən cavab Azərbaycan Ordusunun texniki üstünlüyüdür. Bu, günümüzdə bizim Ermənistanla müharibədə də öz əksini tapır".

Onun sözlərinə görə, yüksək texnoloji avadanlıqlar sayəsində düşmən texnikaları və ordusu yerlə-yeksan edilir: "Azərbaycan bunu illər sayəsində qazanıb. Büdcə xərclərinin davamlı olaraq artdığı istiqamətlərdən biri müdafiə və təhlükəsizlik sahəsidir. Artıq respublikamızın hərbi büdcəsi ildən-ilə artmaqda davam edir. Ümumiyyətlə, son 17 ildə Azərbaycan iqtisadiyyatında baş verən yeni keyfiyyət dəyişiklikləri fonunda, ilk növbədə, ölkəmizin müdafiə potensialının qüdrətlənməsi daha aydın görünür. İqtisadiyyatın güclənməsi hərbi imkanların artması üçün geniş imkanlar açır. Çünki iqtisadiyyatı güclü dövlətin ordusunun güclü olması qaçılmaz zərurətdir".

"Hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur" deyənlərə CAVAB


Deputat bildirib ki, ötən 17 ildə baş verən sürətli inkişaf Silahlı Qüvvələrimizin güclənməsinə və modernləşməsinə də özünün müsbət təsirini göstərib: "Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, döyüş qabiliyyəti yüksəlib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. Prezident İlham Əliyev az qala bütün çıxışlarında ordunun müasir silahlarla təchiz olunduğunu, hərbi xərclərin artırıldığını bəyan edir".

"Hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur" deyənlərə CAVAB


E.Səlimov vurğulayıb ki, 2003-cü ildən bu günə qədər ölkənin hərbi xərcləri 15 dəfə artıb. "Son illər ərzində ən müasir texnika və silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir” İlham Əliyev bunları ordunun 100 illiyinə həsr olunmuş hərbi paraddakı çıxışında demişdi. Bu açıq şəkildə ordumuzun gücü və qüdrətinin çox yüksək səviyyədə olduğunu göstərir. İnşallah bizim rəşadətli ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Biz buna inanırıq, biz buna əminik! Qarabağ Azərbaycandır!"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər