“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib

“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib


17 İllik Təcrübə

“Hacı Turqay” şirkəti 2006-cı ildən etibarən başlayan fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib.

100-dən artıq çeşiddə təqdim olunan halal kolbasa və delikates ət məhsullarını artıq 16 ildir ki, sizin üçün istehsal edirik!

Keyfiyyətə Nəzarət

Müasir avadanlıqlarla təchiz olunan müəssisəmizdə istehsal edilən bütün məhsullar gigiyenik və halal sertifikatlı xammallardan hazırlanır.

“M&T” LTD 1993-cü ildə istehsal gücü 200-300 kq olan və cəmi 10 adda kolbasa məhsulları istehsal edən müəssisə kimi fəaliyyətə başlamışdır. Həmin vaxt müəssisənin istehsalat sahəsi 146 kv metr olmuşdur..

“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib


Hal-hazırda müasir tələblərə cavab verən istehsalat kompleksinin tikintisi başa çatdırılmış, əvvəlki istehsalat sexinin yerində sutka ərzində 10 ton kolbasa və delikates ət məmulatları istehsal etməyə qadir, ən müasir avadanlıqlarla təchiz edilmiş və istehsal sahəsi 1440 kv metr olan yeni bir müəssisə inşa edilmişdir.

Bu gün yerli bazarda müvafiq qida sektorunda ”M&T” LTD firması özünəməxsus yer tutur. Hal-hazırda müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış resepturalar əsasında bişmiş, bişirilmiş hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş 100-dən artıq çeşiddə yüksək keyfiyyətli kolbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkalar istehsal edir.

Məhsulların yüksək keyfiyyəti xammal və materialların ciddi seçimi, səriştəlı işçi heyəti, müasir avadanlıq və mütərəqqi texnologiyaların istehsala tətbiqi sayəsində əldə edilir. Firma tərəfindən yüksək texnoloji standartlar əsasında istehsal edilmiş kolbasa məhsulları və delikateslər Bakıda və Azərbaycanın bölgələrində “Sevimli Dad” firma mağazalar şəbəkəsi və iri marketlər vasitəsilə realizə edilir.
“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib

İdarəetmənin keyfiyyətini və ərzaq istehsalının təhlükəsizliyini tam dolğunluğu ilə təmin etmək və beynəlxalq bazara çıxmaq məqsədilə müəssidə 2007-ci ildə İSO 9001:2000 və HACCP beynəlxalq standartları ilə sertifikasiya olunmuş Menecment Sistemi işlənib hazırlanmış və tətbiq olunmuşdur. Hazırda firma İSO-22000 – Ərzaq təhlükəsizliyi standartının tətbiqinə başlamış və bu istiqamətdə artıq bir sıra işləri yekunlaşdırmışdır.

Kolbasa və delikates ət məmulatlarının istehsalı ilə məşğul olan aparıcı müəssisə kimi ərzaq istehsalı sahəsində Keyfiyyət və Ərzaq təhlükəsizliyi məsələlərinə ciddi və məsuliyyətlə yanaşmalı olduğumuzu dərk edir və bu istiqamətdə lazım olan bütün addımları atırıq. İstehsal etdiyimiz məhsulların müştərilərimizin tələblərinə tam cavab verməsi və eyni zamanda yüksək keyfiyyətli və təhlükəsiz olması bizim üçün ən mühüm məsələlərdəndir. Keyfiyyətin və ərzaq təhlükəsizliyinin təminatı bütövlükdə müəssisəmizin və ayrı-ayrılıqda hər bir işçimizin ən əsas vəzifəsidir.
“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib

Keyfiyyətə nəzarət - İqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə, istehlakçıların zövqləri və tələbləri durmadan artır. Artıq istehlakçı nə istədiyini bilir, onun məhsulun keyfiyyətinə, qidalılıq dəyərlərinə, qablaşdırılmasına və markalanmasına olan tələbatı dünənki günə nisbətən bu gün daha çoxdur.Bu gün qürur hissi ilə deyə bilərik ki, uşaqdan tutmuş böyüyə minlərlə insanı geniş çeşiddə yüksək keyfiyyətli, həqiqətən sevimli dada malik qidalı kolbasa və delikates məmulatları ilə təmin edirik.

Kolbasa məmulatları xüsusilə uşaqların ən sevimli qidasıdır. Bunu nəzərə alaraq son zamanlar firmamızda tərkibi zülalların və yağların balanslaşdırılmış miqdarına və xörək duzunun minimal miqdarına görə seçilən və uşaqların sağlam böyüməsi üçün bir sıra maddələrlə (süd, yumurta və s.) zəngin olan kolbasa və sosiska məmulatları istehsal olunur.İstehsalçılar üçün bu gün ən vacib məsələlərdən biri məhsulların konservantlardan istifadə olunmadan saxlanması və onların keyfiyyətli şəkildə istehlakçılara çatdırılmasıdır.
“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib

Bu məqsədlə firmamızda vakuum qablaşdırmadan istifadə olunur. Vakuum qablaşdırmanın üstün cəhətləri ondan ibarətdir ki, o, məhsulun tərkibində mikrofloranın inkişafının qarşısını alır, məhsulun əmtəə görünüşünü saxlayır, saxlama və daşınma zamanı çəki itkisinin qarşısını alır. İstehsal olunan bütün məhsulların uyğunluq və gigiyenik sertifikatları vardır. Deməli, bizim firmamızın qida sektorunda həqiqətən də özünəməxsus yeri vardır. Biz xalqımıza xidmət etməyimizlə fəxr edirik !

Proses - Firmaya daxil olan xammal və köməkçi materiallar üç mərhələdə yoxlamadan keçir. İlk növbədə alınan zaman – yəni yalnız uyğunluq və gigiyenik sertifikatı olan xammallardan istifadə olunur. Daha sonra firmada baytar həkimi tərəfindən yoxlanılır və nəhayət texnoloji prosesin sonunda bütün məhsullar kimyəvi və bakterioloji müayinədən keçir. Analizlərin aparılması üçün firmanın müasir avadanlıqlarla təchiz edilmiş və akkreditasiya olunmuş istehsalat-sınaq laboratoriyası mövcuddur.
“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib
“Hacı Turqay” şirkəti fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər