Azad Muradov: Bu gün Azərbaycan Əsgəri öz doğma torpaqlarında vuruşur, öz vətənini düşmən tapdağı altından azad edir!

Azad Muradov: Bu gün Azərbaycan Əsgəri öz doğma torpaqlarında vuruşur, öz vətənini düşmən tapdağı altından azad edir!


Şər və Böhtan yazanlara tutarlı cavab - “Göyçay-ATF” MMC Azad Muradov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər “Göyçay-ATF” MMC Azad Muradovda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya “Göyçay-ATF” MMC Azad Muradov dövlətin pulunu göyə sovurur". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. “Göyçay-ATF” MMC Azad Muradovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


“Göyçay-ATF” MMC Azad Muradov - «Azərbaycan Ordusunun aprel qələbəsindən 5 il ötür. Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

2020-ci il tariximizdə yeni bir səhifə açıldı. 27 sentyabr 2020-ci ildə xalqımız öz torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda ayağa qalxdı və 44 gün davam edən bu döyüş dünya tarixinə bir nümunə oldu. Azərbaycan tarixində isə qızıl hərflərlə yeni və şərəfli bir səhifə kimi yazıldı.

Cənab Ali Baş Komandanımızın uğurlu siyasəti, xalqımızın orduya verdiyi yüksək mənəvi dəstək və əsgərlərimizin şücaət və igidliyi bir vəhdət təşkil etdi. Məhz bu vəhdət möhtəşəm uğuru qazanmağımıza səbəb oldu. Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.

Hamımıza məlumdur ki, müharibədən çox öncə Azərbaycan siyasi müstəvidə artıq qələbə qazanmışdı. İqtisadi sahədə əldə olunan nailiyyətlərimiz dünyanı heyran etdiyi kimi, mənfur düşmənlərimizi də məyus etmişdi. Bütün bu uğurlar məhz cənab Prezidentimiz İlham Əliyevin gərgin və əvəzolunmaz, misilsiz xidmətinin nəticəsi idi.

Bu müharibə onun əsl sərkərdəlik bacarığının bariz nümunəsi oldu. Həm qorxmaz, həm də olduqca humanist addımlar atması artıq düşmən tərəfi də heyrətə gətirmişdi. Çünki düşmənlərimizdən fərqli olaraq Azərbaycan Ordusu yalnız erməni ordusu ilə döyüşürdü. Heç bir mülki əhaliyə qarşı ordumuz müharibə aparmırdı. Zülmkarlıq qorxaqlığın əlamətidir. Azərbaycan Ordusu isə bu döyüşdə olduqca fədakarlıq göstərdi, yalnız haqq-ədalət uğrunda döyüşdü. Bu səbəbdən bizim amalımız müqəddəs bir amal idi. Cənab Ali Baş Komandannımız müharibə zamanı dəfələrlə vurğuladı ki, bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, biz sadəcə öz törpaqlarımızı düşmən işğalından azad edirik.

Torpaqlarımızın azad olunması prosesi uğurla həyata keçdi. Çünki gücümüz bizim birliyimizdə idi. Bu gücümüz günü-gündən artır. Ona görə ki, biz artıq bu birliyin, bu vəhdətin nəticəsinin şahidi olduq. Şahid olduq ki, Azərbaycan əsgəri yenilməz və hər şeyə qadirdir. Əsgərlərimizin bu müharibədə mübariz və cəsurluğu, eləcə də peşəkarlığı artıq bir sıra ölkələrin böyük marağına səbəb olub.

Azərbaycan xalqı bu müharibə zamanı dünyaya göstərdi ki, əli silah tuta bilən hər bir vətəndaşımız lazım olan anda müsəlləh Azərbaycan əsgəri olmağa hər an hazırdır. “Torpaq uğrunda ölən varsa vətəndir”. Artıq şahidik ki, bu torpağın uğrunda şəhid olmaq, “şəhidlik” zirvəsinə ucalmaq əsgərlərimizin tutduğu müqəddəs bir yol oldu.

Bu qələbə üçün şəhidlərimizin qarşısında baş əyirik, hər zaman onlar hər bir azərbaycanlının xatirəsində yaşayacaqdır. Ancaq onların ruhunun daim şad olması üçün biz öz birliyimizi qoruyub saxlamalı, gücümüzü isə artırmalıyıq.

Bütün dünya bilməlidir ki, “Azərbaycan əsgəri” torpağımız, müstəqilliyimiz uğrunda ölümün gözünə dik baxmağa bacaran vətən fədailəridir.

Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər