Düşmən təxribatı nəticəsində dağıdılan məktəblər bəlli oldu - RƏSMİ

Düşmən təxribatı nəticəsində dağıdılan məktəblər bəlli oldu - RƏSMİ


Erməni təxribatı nəticəsində dağıntılara məruz qalan məktəblərin siyahısı məlum olub.
Təhsil Nazirliyindən bildirilib ki, Tərtərdə 12, Ağdamda 11, Gəncədə beş, Füzulidə dörd, Goranboyda üç, Bərdədə bir və Ağcabədidə bir məktəb düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalıb.

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində üç məktəbli həlak olub.

Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.



Düşmən təxribatı nəticəsində dağıdılan məktəblər bəlli oldu - RƏSMİ
Düşmən təxribatı nəticəsində dağıdılan məktəblər bəlli oldu - RƏSMİБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər