Hondurasda polis formalı cinayətkarlar 10 nəfəri güllələyiblər

Hondurasda polis formalı cinayətkarlar 10 nəfəri güllələyiblər












Hadisə bilyard klubunda baş verib

Hondurasın paytaxtı Tequsiqalpada silahlı hücum zamanı 10 nəfər öldürülüb.

İnsident martın 5, şənbə günü baş verib. Polis forması geyinmiş beş naməlum şəxs avtomobildə bilyard klubuna gələrək AK-47-dən atəş açmağa başlayıblar.

Hadisə yerində səkkiz nəfər, daha iki nəfər isə xəstəxanada ölüb.

Hondurasda gün ərzində orta hesabla 16 qətl hadisəsi baş verir. Onların əksəriyyəti müxtəlif narkokartel və reketir bandaları arasında aparılan müharibələrin nəticəsidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər