Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sadiq Xəlilovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilovdur.

Xəlilov Sadiq Vaqif oğlu 05 iyun 1975- ci ildə Bərdə şəhərində anadan olub.

01 sentyabr 1981-ci ildə Bərdə şəhər 1 saylı orta məktənin birinci sinifinə gedib. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Azərbaycan Sənaye Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olmuşdur. 1996-cı ildə Mühəndis-İqtisadçı İxtisası üzrə Magistr dərəcəsi alaraq məktəbi bitirmişdir.

1997-2009-cu illərdə Rusiya Federasiyasının Moskva və Sankt- Peterburq şəhərlərində fərdi əməklə məşğul olmuşdur.

2009-cu ildən 2010-cu ilədək Bərdə şəhərində “Uğur” MMC- də iqtisadçı vəzifəsində işləmişdir.

2010- cu ildən 2012- ci ilədək Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Ümumi şöbəsində kadr üzrə böyük müfəttiş, 2012-ci ildən 2015- ci ilədək Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində işləmişdir.

Dövlət qulluğunun kiçik referentidir.

2010- cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2014-cü ildə keçirilən Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bələdiyyə üzvü seçilmişdir. 2015-ci ildə Bələdiyyə üzvlərinin keçirdiyi birinci iclasın qərarı ilə Bərdə bələdiyyəsinin sədri seçilmişdir.

Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatında və Bərdə bələdiyyəsində işlədiyi dövrdə, özünü təşkilatçılıq qabiliyyətinə malik kadr kimi göstərmiş, ictimaiyyətin dərin hörmətini qazanmışdır.

S.V.Xəlilov rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Belə ki, rayon “ Təmizlik və antisanitariya qaydalarına nəzarət” və “Qanunsuz küçə ticarətinə qarşı nəzarət” komisiyyalarına rəhbərlik edir.

01 noyabr 2015- ci ildə keçirilən Milli Məclisə seçkilərdə Bərdə rayon üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədi kimi iştirak etmişdir.

1993- cü ildə atası Xəlilov Vaqif İsmayıl oğlu və yeganə qardaşı Xəlilov Natiq Vaqif oğlu Qarabağ ugrunda gedən döyüşlərdə şəhid olmuşdular.

Şəhid ailəsidir.


Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Sadiq Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır. Sadiq Xəlilov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Sadiq Xəlilovdan danışdılar yaxşı ki, Sadiq Xəlilov Bərdə Bələdiyyəsinin sədridir…Sadiq Xəlilov öz isguzarlığı ilə tanınır və seçilir….

Sadiq Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Sadiq Xəlilovu heç vaxt əqidəsindən döndərə bilməz.

Sadiq Xəlilov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Sadiq Xəlilov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Sadiq Xəlilov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Sadiq Xəlilovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Sadiq Xəlilov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov - “ Möhtərəm cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qətiyyətli siyasəti, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində, nəhayət ki, 30 illik Qarabağ həsrətinə son qoyuldu, əzəli torpaqlarımız düşmən işğalından azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Çox sevinirik və böyük qürur hissi keçiririk ki, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq bu əlamətdar hadisənin canlı şahidləri olmaq bizə qismət oldu.

Azərbaycan müstəqil ölkədir və onun müstəqil siyasi xətti mövcuddur. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Vətən müharibəsi bizim azadlıq müharibəmizdir, işğalçı Ermənistan isə yeni ərazilər əldə etməyə çalışır.
Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini təxribat törətməsilə bütün cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatlar başladı, mülki şəxslər həlak olublar, mülki infrastruktur obyektlərinə, təsərüffat sahələrinə ciddi ziyan dəyib. Ermənilər bənzəri olmayan vandalizim nümayiş etdirməklə xüsusiyyətlərini sübüt edirlər. Gecə vaxtı əhalisi yuxuda olan şəhər və kəndləri, hətta qəbirləri gülləbəran edirlər. Gəncə və Tərtərdə törədilən terror aktları isə Xocalı qətliyamı ilə birlikdə hərbi cinayətlər kimi şübhəsiz beynəlxalq məhkəməyə çıxarılacaq. Müzəffər Azərbaycan Ordusu uğurlu əks hücum, sülhə məcbur etmə əməliyyatı keçirməklə cavab tədbirləri görür.
Ali Baş Komandan dəfələrlə bəyan edib ki, biz mülki əhalini hədəf seçmirik, bizim amansız qisasımız döyüş meydanıdır. O, dönə-dönə erməni analarına müraciət edib ki, övladlarınızı başqasının torpaqlarında ölümə göndərməyin. Erməni ordusu haqqında uydurma mifi Azərbaycanın qəhrəman oğulları darmadağın etdi. Ağır itkilər verən düşmən iflic vəziyyətdədir, işğalçı tərəf bütün cəbhə boyu təslim olmaq üzrədir. Ruh düşkünlüyü, fərarilik halları baş alıb gedir. Bizdə isə haqlı mübarizəmizdə hər gün qazanılan qələbələr, işğaldan azad olunan yaşayış məntəqələri, strateji yüksəkliklər bütün bunlar hamıya ruh yüksəkliyi, qürur verir, tam qələbə əzmini daha da artırır. Balalarımız maşallah necədə böyüdürlər, əsl düşmən çəpərinə çevrildilər. Onlar necədə qətiyyətlə ön cəbhəyə can atırlar! Allah qorusun! Azərbaycan vətəndaşları böyük həmrəyliklə Ali Baş Komandan - Cənab Prezidentin ətrafında sıx birləşib onun bütün qərarlarını anlayışla qarşılayır, böyük inamla ona güvənirlər. Müxtəlif ölkələrin telekanallarına, bəzi kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində dövlət başçımız qısa vaxt ərzində yığcam, lakin tam aydın şəkildə Qarabağın tarixini, münaqişənin yaranmasının izahını verir. Hər ölkə üçün verilən müsahibədə məhz həmin ölkəyə bəzi mesajlar ünvanlanır. Xalqa müraciətlərdə isə qarşısında sözünü üstündə durması, qətiyyəti, əzmi ilə əsl dövlət başçısının dolğun obrazını görürük. Xalqımız fəxr edir öz xilaskarı ilə. Onun iradəsini heç bir qüvvə, heç bir təzyiq qıra bilmədi. O, bizə qətiyyətli, iradəli, qürurlu olmağın gözəl nümunəsidir.
Budur əsl Liderlik. Müxtəlif düşüncələri, fərqli baxışları olan bütün vətəndaşları birləşdirib vahid qüvvəyə çevirə bilmək bacarığı. Ruhdan düşmək üzrə olan azərbaycanlılara yeni ruh verdiniz, özgüvənimizi qaytardınız, necə vətənpərvər, necə qeyrətli, hünərli xalq olduğumuzu önə çəkdiniz, cənab Prezident. 30 ilə yaxın müxtəlif beynəlxalq qrupların, qrumların etməli olub etmədyini siz öz əzminizlə həll etdiniz.
Dahilərin dahisi, mərdlərin mərdi, müdriklərin müdriki olan Rəhbərimiz, bizə başa saldınız ki, əslində biz çox xoşbəxt xalqıq, çünki taleyimiz dərin, düşüncəli, iti, məntiqli, uzaqgörən, təmkinli, tədbirli, güclü siyasi və taktiki bacarığı olan Sərkərdənin əlindədir. Çox sağ olun, minnətdarıq. Cənab Prezident, qürurlu günlərimizə, sevinc göz yaşlarımıza, sabaha olan böyük inamımıza görə!
Hər günümüz yeni səlnamə olmaqla ölkənin yeni şanlı tarixi yazılır. Var olsun odlar yurdu günəşli Azərbaycan!
Yaşasın bizə fəxarət yaşadan fəxrimiz Ali Baş Komandan!
Yaşasın qəhrəman Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər