Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti — FOTO

Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti — FOTO


Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər bir müddət öncə istirahət etdiyi bildirilirdi. Yayılan məlumatlara görə, sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı rayonunun Gürsu məhəlləsində yerləşir.
Axar.az xəbər verir ki, adıçəkilən ərazidə ən ucuz villaların qiyməti 3 150 000 Türkiyə lirəsindən, yəni təxminən 787 500 manatdan başlayır.

Həmin ərazidəki “ultra lüks” kateqoriyalı ən bahalı VİP villaların minimum qiyməti isə 27 milyon türk lirəsidir. Bu da Azərbaycan manatı ilə 6 milyon 750 min manat deməkdir.
Gürsuda min kvadrat metrdən çox ərazisi olan və iki ailənin rahat istirahət edəcəyi dördmərtəbəli lüks villaların qiyməti 31-35 milyon türk lirəsi (8-9 milyon manat) arasında dəyişir.

Prezidentin keçmiş köməkçisinin qudası Səttar Möhbalıyevlə birgə eyni villada ailəvi istirahət etdiyini nəzərə alsaq, çox güman ki, Əli Həsənov Antalyada məhz 30-35 milyonluq “ultra lüks” villada dincəlir.

Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti — FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər