Nuru Nuruyev: Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır

Nuru Nuruyev: Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır


Sağlamlıq dünyanın heç bir var-dӧvlətiylə əldə edilə bilmir. Amma həkimlərimiz sağlamlığımızın keşiyində duran çox müqəddəs bir peşənin sahibidirlər. Bu müqəddəs peşəni hər kəsin mənimsədiyi kimi həyata keçirdiyini bilirik. Kimisi, sadəcə həkiməm deməklə, kimisi isə vicdanını ortaya qoyaraq bu peşənin arxasınca getməkdədir.

Bu yazımda sadəcə ikincilərdən sӧhbət açmaq istəyirəm. Peşəsinə qazanc mənbəyi olaraq baxmayan sӧzün həqiqi mənasında Hippokrat andına sadiq qalan loğmanlarımızdan yazmaq istəyirəm. Əməkhaqları nə qədər az olsa da, pul qazanmaq naminə xəstələrinə “FİRMA” dərmanları yazmayan, gӧzləri xəstələrin cibində olmayan, həkimlərimizdən yazmaq istəyirəm. Yanına gələn xəstənin geydiyi paltarların markasına gӧrə fərq qoymayan həkimlərdən yazmaq istəyirəm. Bir sӧzlə, xəstəsinə doğması kimi yanaşan həkimlərdən yazmaq istəyirəm.

Bu cümlələri oxuyub, ironiya ilə gülümsəyənlərin olacağını da bilirəm. Onların bəs o zaman bu qədər uşaq, ana olümləri, xəstələrimizin İrana, Türkiyəyə və digər xarici ӧlkələrə axın etməsinin səbəbi nədir deyə sual edəcəklərini də bilirəm. Onlar da haqlıdırlar. Bütün bunların olduğunu kimsə inkar edə bilməz. Nə yazıq ki, vicdanını tərəziyə qoyan həkimciklər də var. Məhz belə həkimciklərin yarıtmaz fəaliyyətləri üzündəndir ki, vətəndaşlarımızın arasında Azərbaycan səhiyyəsinə olan inam hissi azalıb.

Ancaq, bu, heç də o demək deyil ki, Azərbaycanımızda olan həkim ordusu savadsızlardan ibarətdir. Əsla belə deyil. Axı həqiqətən də Azərbaycanda kifayət qədər savadlı, vicdanlı, qayğıkeş, gülərüz həkimlərimiz çoxdur. Belə həkimlərin arasında yaşlı nəsillə yanaşı, gənc nəslin nümayəndələrinin də çoxluq təşkil etməsi vətəndaşlarımızın gələcəyə olan ümidini artırır. bəzi saytlar var ki, pul xətrinə yalandan savadı olmayan həkimləri reklam edir. Bu bağışlanmazdır. Xəstələri üçün həyacan dolu anlar yaşayan əsil həkimlərimizdən bir neçəsinin adını çəkməklə elə bilirəm ki, az da olsa, onların əməklərinə dəyər vermiş olaram. Belə həkimlərin arasında xüsusən Ağdaş rayon xəstəxanasının baş həkimi Nuru Nuruyevin adlarını xüsusi qeyd etmək yerinə düşər. Çünki Ağdaş rayon xəstəxanasının baş həkimi Nuru Nuruyev “Firma” dərmanlarına satan, insan taleyi ilə oynayan həkimciklərdən fərqli olaraq, ӧz peşəkarlığı, xəstələrə yanaşma tərzi ilə həqiqətən də yer üzündə ALLAHın “şəfaverici əli” olduğunu təsdiqləyən insanlardır.

Ağdaş rayon xəstəxanasının baş həkimi Nuru Nuruyev - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.

Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil.
Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər.

Azərbaycan dövləti koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarını nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlıqlarının müdafiəsi əsas vəzifəyə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür.

Onları bugünlərin qəhrəmanı da adlandırmaq olar. Çünki tibb işçiləri insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. Onlar öz peşələri gərəyincə həyatlarını riskə ataraq, ilk növbədə, şübhəli şəxsləri müayinə edir, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər