Tramp “TikTok”a güzəşt etmədi

Tramp “TikTok”a güzəşt etmədi


ABŞ Prezidenti Donald Tramp Çin mərkəzli “TikTok” tətbiqetməsinə 15 sentyabr tarixinə qədər verilən müddətin uzadılmayacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə noyabrın 3-də keçiriləcək seçkilər üçün əsas ştatlardan biri olan Miçiqan səfərindən əvvəl jurnalistlərə verdiyi müsahibədə bildirib.

“Bu ölkədə “Tiktok”u ya təhlükəsizlik səbəbiylə bağlayacağıq, ya da bu tətbiqetməni başqa bir ABŞ şirkətinə satacağıq”,- deyə Amerika lideri qeyd edib.

Xatırladaq ki, avqustun 3-də Donald Tramp “TikTok”un ABŞ qolunun Amerika şirkətinə satılmayacağı təqdirdə, sosial media platformasının 15 sentyabrda qadağan ediləcəyini açıqlamışdı.

Elə həmin gün ABŞ-ın qabaqcıl texnoloji şirkətlərindən biri olan “Microsoft”un verdiyi açıqlamada, “TikTok” tətbiqinin ABŞ aktivlərinin alınması yönündə danışıqların aparıldığı bildirilmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər