Mogerini Qarabağ münaqişəsinin həllini tələb edir

Mogerini Qarabağ münaqişəsinin həllini tələb edir













“Tərəflərin bu yolda davam etmələrinə imkan vermək olmaz”

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir.

Bu sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində deyib.

“Keçən il boyunca təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan arasında beynəlxalq cəhətdən tanınmış sərhəd boyunca zorakılıq hallarının artması müşahidə edilib”, - F.Mogerini deyib.

O həmçinin ağır silahlardan istifadə olunduğunu, dinc əhali hədəfə alındığını bildirib. Mogerini münaqişənin beynəlxalq hüquqa əsaslanan siyasi həlli həmişəkindən daha vacib olduğunu vurğulayıb.

“Bizim ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə dəstəyimiz davamlıdır. Avropa İttifaqı danışıqlar prosesində əldə olunan istənilən irəliləyişi dəstəkləyəcək. Vəziyyəti sabitləşdirmək üçün təhlükəsizliklə bağlı edilən istənilən səylər, o cümlədən insidentlərin qarşısını almaq mexanizmi Aİ tərəfindən tam dəstəklənəcək.

Bu məsələ ilə bağlı müsbət addımların atılması halında biz növbəti dəstək məsələsini də nəzərdən keçirməyə hazırıq. Müharibə başladıqdan sonra son 20 il ərzində sizin liderlərin cəsarət nümayiş etdirmək və sülh yolu ilə həll istiqamətində addım atmalarının vaxtı çatıb. Biz bu istiqamətdə irəliləyiş əldə etmək üçün əlimizdən gələni etməyə hazırıq”, - F.Mogerini bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər