Millimiz Fransaya qarşı

Millimiz Fransaya qarşı


Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, yığmamız Fransa komandasını qəbul edəcək.

Saat 21:00-da başlayacaq görüş Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq.

Türkiyəli hakim Halis Özkahyanın idarə edəcəyi görüş yığmanın 2020-ci ildə ilk sınağı olacaq.

Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alır. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.

7 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

II qrup

21:00. Azərbaycan - Fransa
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər