İctimai nəqliyyatın hərəkəti bərpa olundu

İctimai nəqliyyatın hərəkəti bərpa olundu


Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.

Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.

Bakı metrosu isə sentyabrın 15-dək işləməyəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər