Anasını öldürmək istəyən gəncin məhkəməsi başladı

Anasını öldürmək istəyən gəncin məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Modern.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 8-ə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 29-da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində 1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən N. Nağıyev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər